Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat da “Pikap”ların yığılmasından danışdı
Milli Məclisin deputatı Erkin Qədirli vətəndaşlara məxsus “Pikap” ban növlü avtomobillərin səfərbərlik və müharibə üçün yığılması barədə gedən müzakirələrə münasibət bildirib.
Deputat qeyd edib ki, “Pikap”ların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub:
“Bu başqa ölkələrdə də var. Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər. Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontekstdə qanunu pozur.
Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var. “Pikap” və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Bu dövlət üçün də, mülkiyyətçilər üçün də rahat olar”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda nisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
- Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
- Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadılır
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
Rəylər