Bakıda yerləşən bəzi dayanacaqlarda yerləşən məlumat lövhələrində hansı avtobusların dayanacağı əks olunmur.
Belə ki, sərnişinlər məcbur olaraq buradan hansı avtobusların keçdiyini bilmək üçün ya kiməsə sual verirlər, ya da özləri təxmin edirlər.
Onlar Azad Azərbaycan Televiziyasına (ATV) qeyd edir ki, bu kimi hallar ilk dəfə həmin ərazilərə gələn insanlar üçün çətinlik yaradır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus dayanacaq nişanlarına dair yeni standartlar müəyyən edilir. Bu istiqamətdə mütəmadi olaraq optimallaşdırılma tədbirləri aparılır. Bu baxımdan standartlara uyğun olmayan yol nişanları da dəyişdiriləcək.