“2021-ci il ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində Toğana-Kəlbəcər-İstisu avtomobil yolunda işlər uğurla davam etdirilir”.
Oxu.Az xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, sözügedən yolun uzunluğu 80.7 km, olmaqla 4 hərəkət zolaqlı nəzərdə tutulub:
“Bundan başqa Kəlbəcər-Laçın avtomobil yolu (72.8 km, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (726.3 km, 2 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı), Qubadlı – Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı), Qubadlı - Mahmudlu - Yazıdüzü - Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı), Hadrut-Tuğ-Azıx avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı), Bərdə - Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı), Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun (22 km, 2 hərəkət zolaqlı) tikintisi işləri uğurla davam etdirilib”.
Könül Cəfərli