"Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqət deyil".
Oxu.Az xəbər verir ki. bu barədə AZAL məlumat yayıb:
"Hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimdə davam edir.
Son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər baş versə də, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub.
Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara istinad olunmasını tövsiyə edir".
Azərbaycan Hava Yolları (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.
Oxu.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunmağa davam edir.
Qeyd edək ki, sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zərüri tədbirlər həyata keçirilir.