İxtisasca rejissor, ssenaristəm. Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” layihəsinin qaliblərindən biriyəm.
Bu barədə Oxu.Az-a açıqlamasında Prezident mükafatına layiq görülən Azər Quliyev deyib.
O bildirib ki, mükafatlandırılmaq onun üçün gözlənilməz olub:
“Belə bir ali mükafata layiq görülmək çox qürurverici hissdir. Sözün düzünə qalsa, mən mükafatçılar sırasında olduğumu dostumdan öyrənmişəm. Xəbəri aldıqdan sonra Prezidentin rəsmi saytında Sərəncama baxdım və öz adımı orada gördükdə qürur duydum. Fikrimcə, bu, bir gənc üçün çox böyük uğurlardan biridir. Bu mükafat mənim üçün motivasiya və daha da irəli baxmaq üçün bir təkandır”.
Könül Cəfərli