Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarı ilə bu il üçün Qəbələ “Azərbaycanın əfsanələr paytaxtı”, Balakən “Folklor paytaxtı”, Abşeron rayonu isə “Sənətkarlıq paytaxtı” elan edilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq həyata keçirilir.