Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan ərazisində yağış və leysan nə vaxtadək davam edəcək?
Avqustun 15-i saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Oxu.Az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, hazırda Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Quba, Xaltan, Şabran, Şahdağ, Yevlax, Göyçay, Zərdab, Tərtər, Kürdəmir, Yardımlı, Lerik, Lənkəranda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Sarı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Avqustun 15-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Xaltan, Quba, Goranboy, Kürdəmir, Mingəçevir, Yevlaxda arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.
Rəylər