Avqustun 9-da M-20 (Sankt-Peterburq-Neval) trasının 424-cü km-də üç minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib, Oxu.Az xəbər verir.
Pskov agentliyinə məlum olduğu kimi, qəzada Peterburq nömrə nişanlı “VAZ-2109”, Moskva nömrə nişanlı “Ford Fusion” və “Hyundai Starex” avtomobilləri ilə toqquşub.
43 yaşlı Azərbaycan vətəndaşı olan “VAZ-2109”-un sürücüsü qəza yerində tibbi yardım maşını gələnə qədər dünyasını dəyişib.