Ucarda 10 yaşlı uşağın ölümünün səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, V. Quliyev ağacda quraşdırılmış yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb və uşaq boğularaq ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az
***
11:30
Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpı kəndində baş verib.
Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
E.Ə.
www.oxu.az