Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub
Cari il ərzində Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub.
Oxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.
O bildirib ki, bu istiqamətdə görülən işlərin məqsədi həmin kitablarda qeyd edilən yanlış fikirlərin təbliğinin qarşısını almaqdır:
“Həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin olması və müəyyən məqsədlərlə xidmət etməsi aşkarlanıb. Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq olunub.
Həmin kitablar milli-mənəvi dəyərlərimizə zidd təbliğata xidmət etdiyindən qərəzli və ölkə əleyhinə məlumatlar yaymağa cəhd etdiyindən qarşısı alınır. Bu kimi kitabların sayı təxminən 800-ə yaxındır”.
Könül Cəfərli
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"