Cari ilin avqust ayı özü ilə bərabər dözülməz isti gətirir.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hidrometeoroloqlar bu ay havanın hərarətinin müəyyən günlərdə 40 dərəcədən çox olacağını proqnozlaşdırırlar.
Bakı sakinləri də bu ay istinin əsarətində olacaq. Havanın orta aylıq temperaturu 33-38 dərəcə isti təşkil edəcək. Belə havalar sağlamlığında problem yaşayanlar üçün ikiqat çətindir.
Ürək xəstəliyi olanlar xüsusi ilə diqqətli olmalıdırlar. Qidalanma, yuxu rejimi, geyim seçimi, bədənin soyuq-isti tarazlığının qorunması və günəşdən qorunma ürək xəstələrinin yayda diqqət edəcəyi əhəmiyyətli məqamlardandır.
Ürək problemi yaşayanlar isti havalarda normadan çox maye qəbul etməməlidirlər.
Bu ürək çatışmazlığının dərinləşməsinə, tənginəfəsliyin artmasına və daha da ağırlaşmasına səbəb olur. Yayda ürək xəstələrinin diqqət edəcəyi məqamlardan biri də dərman qəbuludur.
Bununla yanaşı əgər ürək problemi yaşayırsınızsa, istilərdə kondisionerin dərəcəsini təxminən 22-23 arasında saxlayın, sauna və hamam kimi çox isti yerlərdən uzaq durun.
S.B.
www.oxu.az