Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı sərt cəza tədbirləri görülür.
Oxu.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, cəriməsini ödəməyən piyadaların ölkədən çıxışına qadağa qoyulub:
“Həmçinin onların ölkə banklarından kredit götürməsi də mümkün olmayacaq. “Yol hərəkəti haqqında” qanunun 4-cü maddəsinin tələbləri pozulursa, piyadalar inzibati qaydada məsuliyyətə cəlb olunur. Bu günə qədər 2016-ci ildə elə 130 min piyada məsuliyyətə cəlb edilib. Cərimə məbləğinin ödənilməsi məsələsi nəzarətdədir. Piyadaların məsuliyyətə cəlb edilməsi prosesi mütləq baş tutacaq”.
E.Ə.
www.oxu.az