Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda “donuz qripi” var? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda 16 nəfərdə donuz qripinin aşkarlanması barədə məlumatlar yayılıb.
Oxu.Az bununla bağlı Səhiyyə Nazirliyinin rəsmi mövqeyini və aparılan diaqnostik təhlillərin nəticələrini öyrənib.
“Azərbaycanda “donuz qripi” yoxdur. Siz zəng vuranda mən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi ilə danışırdım. Təşkilat bir daha bəyan etdi ki, Azərbaycanda “donuz qripi” yoxdur. Bir daha qeyd edirəm ki, sərhədlərimizdə termokameralar quraşdırılıb və sərhədi keçən istənilən şəxsdə temperatur yüksək olduğu təqdirdə dərhal o saxlanılır, tibbi məntəqədə analiz nümunələri götürülür və yoxlanılır”, - nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov rəsmən bəyan edib.
P.Əbubəkirovun sözlərinə görə, Azərbaycanda “donuz qripi” Respublika Taun Əleyhinə Stansiyada yoxlanılır. Bunun üçün stansiya lazımi reaktivlərlə təmin edilib:
“Bu günə qədər stansiyada mindən çox adamdan nümunə götürülüb və onlardan heç birində H1N1 virusu aşkarlanmayıb”.
Nazirlik rəsmisi qeyd edib ki, hansısa əlamətdən şübhələnən şəxslər həkimə müraciət edərək, bu stansiyada yoxlana bilər və analizlər tam pulsuzdur. Hazırda Azərbaycanda qeydə alınan xəstəliklərə gəlincə, bu, mövsümi xarakter daşıyan qripdir və bəzi hallarda vaxtında müraciət etmədikdə ağırlaşmalar yaradır.
Nazirlikdən həmçinin bildirilib ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib.
Sərhəd keçid məntəqələri hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlarla təchiz edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə, o cümlədən, taun, tulyaremiya, qarayara, bruselyoz, “quş qripi”, “donuz qripi”, ebola və digər infeksiyalarla mübarizə tədbirləri Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyası tərəfindən həyata keçirilir.
Respublika Taun Əleyhinə Stansiyası 1934-cü ildə təsis olunub və onun əsas fəaliyyət istiqaməti ölkədə mövcud olan taunun təbii ocaqlarında profilaktik tədbirlərin həyata keçirilməsi olub.
İlhamə Abdullayeva
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər