Son bir ildə ilkin və təkrar əlillik qrupu təyin olunanların sayı azalıb.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Belə ki, ötən il ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyaları tərəfindən ilkin əlillik qrupu təyin olunanların sayı 2013-cü illə müqayisədə 7664 nəfər azalıb.
Hesabat dövründə həmçinin təkrar əlillik qrupu təyin olunan şəxslərin sayında azalma 3937 nəfər təşkil edib.