Gədəbəydə qətl hadisəsi olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.
Kənd sakini 1983-cü il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat yoldaşı 1978-ci il təvəllüdlü Əsgərova dürdanə Məcid qızını döyərək qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən Z.Allahverdiyev saxlanılıb.
Qətlə yetirilən qadın 3 övlad anası olub.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
A.S.
www.oxu.az