Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-un Azərbaycandakı istifadəçilərinin sayı açıqlanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov verdiyi məlumata əsasən, hazırda sosial şəbəkənin Azərbaycan seqmentində 1 milyon 360 min nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, Facebook sosial şəbəkəsinin dünyada istifadəçilərinin sayı 1,5 milyard nəfərə yaxındır.