Azərbaycanda oğul atasını güllələyərək qətlə yetirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 24-də Beyləqan rayonunun Aşıqallar kəndi ərazisində kənd sakini Əfqan Qurbanov ailə münaqişəsi zəminində tüfəngdən atəş açaraq atası Vidadini qətlə yetirib.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Qurbanov tutulub.
Ondan müvafiq sənədləri olmayan 1 ədəd “BUM” markalı ov tüfəngi götürülüb.