Azərbaycanda əmək pensiyaçılarının sayı 2014-cü ilin əvvəlinə təxmini 1 milyon 278 min nəfər olub.
Oxu.Az-a bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Xatırladaq ki, 2014-cü il ərzində onların sayı 1% artaraq (o cümlədən yaşa görə 8 min nəfər azalıb, ailə başçısını itirməyə görə 4,3 min nəfər, əlilliyə görə 16,7 min nəfər artıb) 1 yanvar 2015-ci il tarixinə təxmini 1 milyon 291 min nəfər təşkil edib.
Məlumata görə, 2015-ci ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 173,4 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 192,3 manat təşkil edib.