Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəssisələri üzrə ötən il 108 yeni iş yeri açılıb, rabitəçilərin orta aylıq əmək haqqı 11,1 faiz artaraq 388,7 manata çatıb.
Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.
Xatırladaq ki, sektor üzrə orta aylıq əməkhaqqı 9,3 faiz artaraq 733,5 manat təşkil edib.
Telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 835,6 manat, poçt sektorunda isə 240, 9 manat olub.
Qeyd edək ki, respublika üzrə orta aylıq əməkhaqqı 441,8 manat təşkil edib.