Ağdam rayonunda polisə tabe olmayan vətəndaşların polis avtomobilinə mindirilməsinin videosu yayılıb.
Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, video sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.
İstifadəçilər tərəfindən müzakirə olunan video birmənalı qarşılanmayıb. Polisin şübhəli şəxs qismində saxladığı şəxslər polis bölməsinə getməkdən imtina etdikdə ortaya belə bir kadr çıxıb. Üstəlik, onlar polisə hədə-qorxu da gəliblər.
Sözügedən görüntüləri sizə təqdim edirik:
A.M.