Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.
Məsələni Oxu.Az-ın əməkdaşı araşdırıb.
Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycanda “Qaloş piri” biabırçılığı: Başlarına sürtüb, şəfa gözləyirlər - VİDEO
Samir İsayev, Nazir Quliyev
Rəylər