ARB TV-də yayımlanan “Show news” proqramı şou əhli arasında sorğu keçirib.
Oxu.Az xəbər verir ki, sorğuda məşhurlara “Geyiminizə nə qədər pul xərcləyirsiniz?” sualı verilib.
Qalmaqallı aktrisa Pərvin Abıyevanın açıqlaması sosial şəbəkədə söz-söhbətə səbəb olub.
“Ayaqqabım 1000 dollardır, köynəyim isə təxminən 200 manat olar. Köhnədir, yadımda qalmayıb. Üzüklərim isə biri 5 min, digəri isə 15 mindir. İkisi də hədiyyədir. Bahalı qıza bahalı hədiyyə edərlər. Adi hədiyyələrdir, çox böyütmürəm. Belə şeylərlə mənim ürəyimi almaq olmaz”, - deyən Pərvin müzakirə obyektinə çevrilib.
Pərvin Abıyeva özünü “bahalı qız” adlandırdı – VİDEO
Rəşad Əliyev
Rəylər