Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda qatarlarda ödənişsiz "Wi-Fi" xidmətinin tətbiqinə başlanılır
Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz "Wi-Fi" xidmətinin tətbiqinə başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Məlumata görə, pilot layihə çərçivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək. Mərhələli şəkildə "Wi-Fi" bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.
"Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan "Wi-Fi" zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb. Kəsintisiz internetdən istifadə üçün cihazlarınızı "ADY Free" şəbəkəsindən ayırıb yenidən qoşmağınız kifayətdir", - deyə ADY bəyan edib.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Sərnişinlər Qəbələ Dəmiryol Vağzalında gözləmə zalına buraxılmırlar?
- ADY-yə məxsus sərnişin qatarının vurduğu piyadanın vəziyyəti AÇIQLANDI
- "Azərbaycan Dəmir Yolları" QSC lisenziya və icazə tələbindən azad olunur
- Bakı-Sumqayıt qatarının sərnişinlərinin NƏZƏRİNƏ - Sabahdan qrafik dəyişir
- "ADY Ekspres"in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirilib