Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əli Əsədovdan peşə məsuliyyətinin sığortası ilə bağlı QƏRAR
Nazirlər Kabineti qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələblərin müəyyən edilməsi haqqında qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, qiymətləndirmə fəaliyyəti həyata keçirilərkən qiymətləndiricinin etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik halları əsasında onun fəaliyyəti üzrə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunla müəyyən edilmiş tələblərin, habelə qiymətləndirmə haqqında müqavilə şərtlərinin pozulması nəticəsində sifarişçiyə və (və ya) üçüncü şəxslərə dəymiş zərərin ödənilməsi qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına dair minimum tələbdir.
Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi 200 min manat müəyyən edilib.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ÖDƏNİLƏCƏK - MƏBLƏĞ
- Hava daşımalarında baqaja vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib
- Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyənləşib
- Azərbaycanda uçuş və kabinə heyətinə təlim keçənlərlə bağlı qayda təsdiq edilib
- Azərbaycanın sərhədyanı ərazilərində telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib