Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sürücülük vəsiqəsindəki YENİLİK barədə rəsmi AÇIQLAMA
"Sürücülük vəsiqəsinə "eynək" işarəsinin vurulması yenilik deyil".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib:
"Milli sürücülük vəsiqəsinin yenilənməsi ilə bağlı yayılan məlumatla əlaqədar bildirirəm ki, qanunvericiliyin tələbinə əsasən, sənədin hazırkı nümunəsində hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər, o cümlədən eynəklə idarəetməyə dair qeyd olur.
Eynəklə idarəetməyə dair qeyd, əvvəlki nümunədə yalnız yazılı şəkildə olurdusa, 2020-ci ildən sonra verilən sürücülük vəsiqələrində bu məlumat yazı ilə yanaşı, həm də "eynək" stikeri ilə göstərilir", - deyə M.Ağayev əlavə edib.
Azərbaycanda sürücülük vəsiqələrində yenilik edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, artıq vəsiqələrin üzərində "eynək" işarəsi olacaq. Bu işarə sürücünün görmə qabiliyyətinin zəif, eynək taxmağın məcburi olduğunu bildirir.
Yeni nəsil sürücülük vəsiqələri bu həftədən etibarən verilməyə başlayıb.
Əzizə İsmayılova
Rəylər