Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda təzə gəlin ailəsi kasıb olduğuna görə döyüldü
Daşkəsən rayonunda yeni ailə quran qadın qayınatası və qayınanası tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.
19 yaşlı Abdullayeva Ayşə Samir qızı zərbələrin təsirindən huşunu itirib.
A.Abdullayeva təcili olaraq Daşkəsən Rayon Məkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Qadının vəziyyətinin orta-ağır olduğu deyilir.
İlkin məlumatlara görə, hadisəyə səbəb bir il öncə baş tutan toyda qız evinin maddi baxımdan istəniləni verə bilməməsi olub.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.
"Daşkəsən" teqi üzrə xəbərlər
- Daşkəsəndə dörd nəfər dəm qazından zəhərləndi
- Daşkəsəndə uşaq bağçasından ŞİKAYƏT - "Körpələr soyuqdan donurlar"
- Daşkəsənə güclü qar yağıb
- Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyitinin tapıldığı ərazidən GÖRÜNTÜLƏR
- Xoşbulaq kəndinə ildırım düşüb: Sıradan çıxan elektrik xətti tam bərpa olunub
Ən çox oxunanlar
Rəylər