Azərbaycanın Nazirlər Kabineti 25 iyun 2013-cü il tarixli 165 saylı qərarı ilə tədris müəssisələrinin inşası və tədris yerləri ilə təmin olunma normativləri, maddi-texniki baza və sanitar-gigiyenik normalar üzrə tələblərə dəyişikliklər edib.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Trend məlumat yayıb.
Dəyişikliklərə əsasən, məktəbəqədərki və orta ümumtəhsil məktəblərinə bitişik ərazilər hasarla əhatələnməli, binaların fasadlarının tərtibatı üçün bəzək materiallarından isə yalnız Təhsil Nazirliyi ilə razılaşdırmadan sonra istifadə olunmalıdır.
Bundan başqa, məktəb və uşaq bağçalarında iki qat şüşəli pəncərələrdən istifadə olunmalı, döşəmə örtüyü isə sürüşmədən müdafiə olunmuş materiallardan hazırlanmalıdır.
Yenilənmiş normativ tələblər həmçinin dərs otaqlarının və şagirdlər üçün iş məkanının, akt və idman zalları, laboratoriya və texniki otaqların ölçülərini və digər parametrləri müəyyənləşdirir.