Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti dövlət başçısının tapşırığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransına qatılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Konfransın açılış mərasimində BMT-nin baş katibi cənab Antonio Quterreş, Ficinin baş naziri cənab Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.
Qeyd edək ki, dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirak etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı noyabrın 13-də Almaniyanın Bonn şəhərində öz işinə başlayıb. Konfrans noyabrın 17-nə kimi davam edəcək.
N.O.