Cari ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın “BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.)” fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib.
Oxu.Az Ann.az-a istinadən xəbər verir ki, görkəmli alim Lütfi Zadə “BBVA” fonduna müsahibə verib.
Fond tərəfindən elm və mədəniyyət sahəsində töhfələrə görə 10 mükafat təqdim olunub. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) kateqoriyasında dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb.
Eyni zamanda, görkəmli alim Lütfi Zadə “BBVA” fonduna müsahibə verib.