Ötən gün həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıblar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri və həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
"Ümumilikdə gün ərzində iki təyyarənin hər birində 180 nəfər zəvvar Məkkəyə çatıb. Hoteldə bir qədər dincəldikdən sonra onlar Kəbəyə gedərək ümnrə ediblər və ehramdan çıxıblar", - deyə Vüsal Cahangiri bildirib.
Vüsal Cahangiri qeyd edib ki, Qurban bayramından iki gün öncə, yəni zil-hiccə ayının 8-də (mayın 25-də) həcc ziyarəti başlayacaq.
Qeyd edək ki, üçüncü və dördüncü zəvvar təyyarələri bu gün Azərbaycandan yola düşəcəklər.