Rusiyanın Volqoqrad vilayətində polis əcnəbilərin qanunsuz qeydiyyata saldırılması ilə bağlı iki hal aşkar ediblər.
Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, Qorodişensk rayonunda 31 yaşlı qadın 44 yaşlı Azərbaycan vətəndaşını öz evində qeydiyyata salıb.
21 yaşlı Rudnyansk rayon sakini isə bir ailənin - valideynlər və 8 yaşlı uşağın qanunsuz uçota salınmasını təmin edib.
Hər iki faktla bağlı cinayət işi başlanılıb. Qanunu pozan şəxsləri üç ilədək həbs cəzası gözləyir.
Oxu.Az yeniləndi!