Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə “Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.
Onun sözlərinə görə, bütün qazanxanalar qış mövsümünə hazırdır.
R.Əliyev sistemin yoxlanılması məqsədilə sınaqların keçirildiyini və xətlərin çalışdığını deyib.
O həmçinin qeyd edib ki, bütün qazanxanalar sabahdan etibarən qrafik üzrə çalışacaq.
S.B.
www.oxu.az