Bakıda minik avtomobili ilə moped toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər yayılıb.
Qəza bir neçə gün əvvəl paytaxtın Neftçilər prospektində, Azneft dairəsində baş verib. Belə ki, işıqforun yaşıl işığında hərəkətə başlayan moped dairədən dönən BYD markalı minik avtomobili ilə toqquşub.
Ölən və xəsarət alan olmayıb.