616 azyaşlı hüquqazidd əməllərə təhrik edildiyinə görə 354 valideyn haqqında qanunauyğun tədbirlər görülüb.
Oxu.Az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 616 azyaşlı müəyyən edilərək onları hüquqazidd əməllərə təhrik etmiş 354 valideyn haqqında qanunauyğun tədbirlər görülüb, eyni zamanda, icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqların sosial problemlərinin həlli məqsədilə 490 material göndərilib.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Mərahim Nəsib