Tətil və məzuniyyətlər mövsümü sayılan yayda dəmir yolları daha sıx qrafiklə fəaliyyət göstərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.
Bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfərlər iyunun 13-dən başlayaraq avqustun 31-dək hər şənbə və bazar təşkil olunacaq.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
