Bununla əlaqədar Bakı Metropoliteni xüsusi tədbirlər planının icrasına tam hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin baş mühəndisi Əhmədağa Ağayev bildirib.
Onun sözlərinə görə, hazırlıq planının yerinə yetirilməsinə Metropoliten rəisi Tağı Əhmədovun hələ yay fəsli ərəfəsində imzaladığı əmrə əsasən hazırlıq başlayıb.
“Yay dövründə qarla mübarizə sahəsi üçün lazım olan bütün avadanlıqlar, ləvazimatlar da alınıb, sahələrdə təmir-bərpa işləri yerinə yetirilib”.
Qarla mübarizədə əsas rolda olan yol xidmətinin iki saylı distansiyasının rəisi Amil Nəsirov deyib ki, tədbirlər planına uyğun olaraq, bütün üfürücü qurğular təftiş edilib, yoxlanılıb.
Onun sözlərinə görə, heç bir problem olmayacaq.
Qeyd olunur ki, Metropoliten rəhbərliyi digər xidmətlərə müvafiq tapşırıqlar verib və onlar da tədbirlər planına uyğun işlərini tamamlayıblar.
Gülnarə Zeynalova
www.oxu.az