Azərbaycanda elektrik enerjisi tədarükü ilə məşğul olan “Azərenerji” ASC ötən ilin yekunlarını açıqladı.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat “Azərenerji” ASC-nin öz rəsmi saytında yerləşdirilib.
Məlumata görə, ötən ilin son üç ayı ərzində ASC-nin balansında olan 10 və 0,4 kv-lik hava elektrik verilişi xətlərində (HEVX) həyata keçirilmiş yenidənqurma və təmir işləri keçirilib.
Bununla əlaqədar smartkart tipli sayğacların quraşdırılması zamanı 1,6 km-ə yaxın koaksial kabel çəkilib, 1 km-ə yaxın yeni SİP kabel xətti quraşdırılıb.
Eyni zamanda, yeni güc mərkəzlərinin yaradılması məqsədilə 700 metr uzunluğunda 10 kV-lik EVX yenidən qurulub.
Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik xətlərin ümumilikdə 13,5 km-ə yaxın hissəsində əsaslı təmir işləri aparılıb.
Qeyd edilir ki, təmir işləri transformator və komplekt transformator məntəqələrindən (TM və KTM) də yan keçməyib. Belə ki, 4 TM-də yenidənqurma, 23 TM-də isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Eyni zamanda, ümumi gücü 1,5 MVA-ya yaxın olan 6 transformator da əsaslı təmir edilərək istifadəyə verilib.
Həmçinin, məlumatda keçirilmiş reydlər və aşkar edilmiş qayda pozuntuları barəsində də deyilir.
44 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 92,6 min kilovatsaatdan artıq itirilmiş qaydapozanlardan cərimə alaraq elektrik enerjisinin 5,6 min manata yaxın istehlak dəyəri bərpa edilib.
“Azərenerji”-nin məlumatına görə, ötən ilin 11 ayı ərzində ümumi istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 milyon kilovatsaata yaxın azalaraq 133,2 milyon kilovatsaatdan artıq olub. Ödənişdə mütləq artım isə 5%-ə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 88,5 milyon kilovatsaata yaxın olub. Nəticədə, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4,4 milyon kilovatsaata yaxın azalıb, ödəniş isə mütləq 4%-ə yaxın artıb.