Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Oxu.Az-ın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə “Dərnəgül-Həzi Aslanov” xətti üzrə hərəkət edən qatarda baş verib.
“28 May” stansiyasından “Gənclik” istiqamətinə hərəkət edən 24 saylı qatarda tuneldə nasazlıq yaranıb. Nəticədə qatar hərəkətini dayandırmalı olub və 8-10 dəqiqə tuneldə qalıb. Arxadan gələn qatarlar da gözləmək məcburiyyətində qalıb.
N.Paşayev bildirib ki, nasazlıq yaranan qatar DEPO-ya göndərilib və hərəkət bərpa olunub. Hazırda qatarların hərəkətində gecikmələr var.
10:02
Bakı metrosunda qatar tuneldə qalıb, sərnişinlər həyəcanlı anlar yaşayıblar.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu gün səhər saat 9:15-də “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə hərəkət edən qatar “28 May” və “Sahil” stansiyaları arasında olarkən tuneldə dayanıb. Sərnişinlər qatarın yenidən hərəkət etməsini 7 dəqiqə gözləməli olublar.
Qatarın dayanmasının bu qədər uzun çəkməsi bəzi sərnişinləri həyəcana salıb. Maşinist səsgücləndirici ilə sərnişinləri sakitləşdirib, qorxulu heç bir hadisənin olmadığını desə də, qatarın dayanma səbəbini açıqlamayıb.
Z.Q.