Bakıda gənc qızın cırıq şalvar geyindiyi üçün təhqir olunub-döyülməsinin şahidi olan Vəfa Zeynallı hadisənin təfərrüatlarını açıqlayıb.
O, Oxu.Az-a açıqlamasında söylədi ki, “Sahil” metrosunda ekskalatordan enərkən sözügedən hadisənin şahidi olub: “O hadisə 15 iyulda - şənbə günü olub. Gördüklərimdəm o dərəcədə təsirlənmişdim ki, evə çatan bu barədə öz “Facebook” səhifəmdə yazdım. Həmin o statusu saat 20:45-də paylaşmışam. Hadisə təxminən 15-20 dəqiqə öncə olub.
Sözügedən insident metronun “Sahil” stansiyasında ekskalatorun yuxarı hissəsində baş verib. Mən eskalatorun aşağısında idim. Onlar məndən 6-7 pilləkən yuxarıda idilər. Həmin xanım, bəlkə də, qorxduğu üçün polisə müraciət etməyib. Amma mənim yanımda “102”-ni yığırdı. Evə tələsdiyim üçün ona dedim ki, burada da polis var, onlara yaxınlaş. Sonrasını bilmədim.
Metropoliten işçilərindən heç kim yox idi, ona görə də reaksiyalarını görə bilmədik. Özüm də çox tələsdiyim üçün qatara mindim. Ümid edirəm müşahidə kameralarına düşüb. Mən Azərbaycan polisinə güvənirəm. Həmin şəxsin tapılıb cəzalandırılmasını istəyirəm.”
Vəfa Zeynallı statusunun müzakirə mövzusuna çevrilməsinə, saytların xoşagəlməz hadisəyə biganə qalmamasına sevindiyini deyir.
11:30
Bakı metrosunda xoşagəlməz hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Vəfa Əli Zeynal adlı şəxs, cırıq şalvar geyinən qızın bir nəfər tərəfindən döyüldüyünü yazıb.
“Sahil metrosunda bir qız dəbdə olan cırıq şalvar, üzərindən isə göbəyi açıq köynək geyinib. Bir başdan xarab da götürüb qıza itin sözünü deyib, hamının yanında təpiklədi. Axmaq insan, sən camaatın əxlaqına sahib çıxmaqdansa, get özünü müalicə elətdir. Bu nə zorakılıqdır qadına qarşı?! Belə kişisən, qız polis adını çəkən kimi niyə qaçdın, ay binamus!!! Bütün qeyrət keşikçilərinə aiddir status. Abırınızı başqasının geyimində axtarmayın!!!
Sahil metrosundan o görüntülər göstərilsin və polis həmin adamı tapsın cəzalandırsın. Biganə qalmayaq!!! Mən şəxsən gözümün şahidiyəm. Kaş ki, çəkərdim o binamusun üzünü”.

Zülfiyyə Qurbanova