Bakı şəhər sakini Qubada qəribə yol qəzasına uğrayıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Qəhrəmanov Ramin İsmayıl oğlu “10-TD-057” dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilində ikən şəkil çəkmək istəyib və bu zaman nəqliyyat vasitəsi ilə birgə dağdan təqribən 200 metr aşağı yuvarlanaraq çaya düşüb.
Hadisə Quba-Xınalıq yolunun 31-ci km-də baş verib. Hadisə yerinə “QAZ-66” tros vasitəsi ilə avtomobili çaydan çıxarılıb.
Sürücü yüngül üz nahiyəsindən yüngül xəsarət alıb. Hadisə yerinə Quba rayon Polis şöbəsinin əməkdaşları gəlib və avtomobil polis şöbəsindəki duracağa aparılıb.