Mənzil çatışmazlığı paytaxt sakinlərinin aktual problemidir. Onu həll eləmək üçün hər sakin bir yola əl atır. O yollardan biri də ipotekadır.
Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” Bakı şəhərində sakinlərin hər ay ipotekaya nə qədər pul ödəməsi ilə bağlı sorğu keçirib.
Rəyi soruşulmuş paytaxt sakinlərinin cəmi 3 %-i ipoteka krediti ödəyir. Kredit ödəyən respondentlərin yarısı (49%-i) aylıq 401-600 AZN ödəniş etdiyini bildirir. Respondentlərin beşdə biri (21%) ipotekanı ödəmək üçün aylıq 201-400 AZN-dən keçir. 17% respondent isə maksimalist olmağı tərcih edib (801-1000 AZN arası). 601-800 AZN ödəniş edən respondentlər sorğuda sonuncu pillədə qərarlaşıblar (7%).
Sorğu 11-14 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.

A.M.