19 iyun 22.40 radələrində Bakı sakinləri 6 saylı Təcili Yardım Stansiyasının həkimi 1965-ci il təvəllüdlü İffət Abbas qızı İsmayılovanı döyüblər.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon Polis İdarəsindən bildiriblər.
İsmayılova 24 saylı polis bölməsinə müraciət edərək bildirib ki, Qara Qarayev prospekti 94 saylı evə çağırış ilə gedib. Evin həyətində onu beş nəfərdən ibarət qrup gözləyib, onlar həkimə hücum edərək onu yumruqla döyməyə başlayıblar.
İlkin istintaq zamanı müəyyən edilib ki, həkimi döyən şəxslər yaxın adamlarını itiriblər. Təcili yardım çağırılan qadın bu yardımı gözləyərkən dünyasını dəyişib. Həkim çağırışı isə bir neçə saat öncə edilibmiş.
Fakt üzrə istintaq aparılır.