MDB ölkələrinin şəhərləri Numbeo Beynəlxalq portalın tərtib etdiyi “Quality of Life Index” yaşayış səviyyəsi üzrə reytinqdə mövqelərini dəyişiblər. bu dəyişiklik isə yaxşılığa doğru olmayıb. Reytinqə may ayından fərqli olaraq 184 deyil, 187 ölkənin adı daxil edilib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, mayda olduğu kimi iyunda da yaşayış səviyyəsinə görə, birinci yerdə Vellinqton (Yeni Zelandiya), ikinci yerdə Kanberra (Avstraliya). Sonuncu 187-ci yerdə Karakasdır (Venesuela).
“Numbeo”nun dəyərləndirmələrinə görə, 186-cı yerdə olan Nayrobidə (Keniya) vəziyyət bir qədər yaxşıdır.
165-ci yerdə olan Bakıya gəldikdə isə, (may ayında şəhərin 151-ci yerdə idi) burada alıcılıq qabiliyyətinin, səhiyyə indeksinin aşağı olması, iqlimin yaxşı olmasına baxmayaraq, çirklənmənin yüksək səviyyədə olduğu qeyd edilir. Bununla yanaşı Bakı təhlükəsiz şəhər adlandırılıb. Ümumilikdə Azərbaycan paytaxtının qiyməti 91,29 xal (mayda bu göstərici 96,35 idi) olub.
Qonşu Rusiyanın şimal paytaxtı – Sankt-Peterburq 151-ci, Kiyev 167-ci, Moskva 168-ci, Tehran isə 177-ci yerdə qərarlaşıb.
Tbilisi (145), Almatı (155), İstanbul (140), Minsk (105), Riqa (99), Vilnüs (89), Tallin (84) və Yerevan (136) Bakıdan irəlidədirlər. ümumilikdə MDB ölkələrinin şəhərləri reytinqdə mövqeləri mənfiyə doğru dəyişib.
S.S.
www.oxu.az