Azərbaycanın Abşeron rayonunun Novxanı qəsəbəsində 19 yaşlı gənc öz evində intihar edib.
Bu barədə Vesti.Az-a Abşeron rayonunun Polis İdarəsindən bildiriblər.
1994-cü il təvəllədl Әdalət Şahvələd oğlu Şirinov özünü qapıdakı mismara bağlanmış şnurdan asıb. O da məlumdur ki, Şirinov ölümündən əvvəl 11-ci sinif şagirdi olan qardaşına ünvanlanmış məktub da yazıb. O, qardaşına nəsihət verib:
"Yaxşı oxu, heç kimin qarşısında başını əymə. Kişi kimi yaşa".
İlkin məlumatlara görə, Şirinov atası və anası ilə birgə yaşayırmış. Atası onları atıb getdiyi üçün qab yumaqla pul qazanan anaları onları tək böyüdüb. Doğmalarının bildirdiyinə görə, Şirinov çox istəyirmiş ki, əsgər getsin. Ona çağırış vərəqəsi gəlsə də, tibbi müayinənin nəticələri Şirinovun xidmətə yararsız oldunu göstərib. Yəqin ki, bu xəbər gəncin əhvalını pozub və intihara sürükləyib.
Faktla bağlı araşdırmalar davam edir.
www.vesti.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin