Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.
Oxu.Az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuriyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb.
Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az