Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə Səbail Rayonunda qeydə alınıb.
20-ci sahə adlanan ərazidə yaşayan 1985-ci il təvəllüdlü Məmmədov Elvir Azər oğlu özünü iplə asaraq intihar edib. Onun meyiti ekspertizia olunub.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
A.S.
www.oxu.az