Xətai rayonu ərazisində “BMW” markalı avtomobil paytaxt sakini B.Novruzov vurub.
Oxu.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayonu Zığ-Yolu küçəsində Bakı şəhər sakini Ruslan Abbasov idarə etdiyi “BMW” markalı avtomaşınla yolu keçən həmyerlisi Bəxtiyar Novruzovu vurub.
Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.