Bir neçə saat əvvəl Bakının Nərimanov rayonunda itən iki yaşlı uşağın valideynləri tapılıb.
Bu barədə Oxu.Az-a Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən məlumat verilib.
Xatırladaq ki, azyaşlını Şəhriyar adına mədəniyyət və istirahət parkında diqqətsiz qoyaraq getmişdilər. Vətəndaşlar onun ağladığını görüb polisə müraciət etmişdilər.
Qeyd edək ki, Azərbaycanda belə hadisələr zamanı sosial şəbəkələr əhəmiyyətli rol oynayır. Bu dəfə də uşağın valideynlərinin axtarılması ilə bağlı məlumat Facebook sosial şəbəkəsinin Azərbaycan seqmetində sürətlə paylaşılaraq axtarışlara kömək olub.

03.06.2017 23:30
Paytaxtın Nərimanov rayonunda iki yaşlı uşaq tapılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Facebook sosial şəbəkəsində Günel Ruqi adlı istifadəçi məlumat paylaşıb.
Bildirilir ki, Şəhriyar adına mədəniyyət və istirahət parkında bir saatdan çox ağlayan azyaşlı ətrafdakı insanların diqqətini cəlb edib.
Uşağın valideynlərini və ya yaxınlarını tanıyan şəxslərdən Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət etmələri xahiş olunur.


S.B.
www.oxu.az