Ötən sutka ərzində Bakı şəhərinin Yasamal və Sabunçu rayonları üzrə beş nəfər liftdə köməksiz qalıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə iki müraciət daxil olub.
Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onların liftdən çıxarılması təmin edilib.