Bakı şəhərində yeni doğulmuş körpə küçəyə atıldı.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, dünən gecə saatlarında əski parçasına bükülmüş vəziyyətdə olan təxminən 1 həftəlik oğlan uşağı Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti, ev 54, mənzil 36 ünvanının qarşısında tapılıb.
Körpəni hələlik bilinməyən şəxs mənzilin qarşısına ataraq qaçıb.
Nəsimi rayon Polis İdarəsindən bildirildi ki, körpə 1 saylı Körpələr Evinə təhvil verilib.